“İsgəndər-M” raketlərinin qalıqlarının aşkar edilməsi Rusiya və Azərbaycan hərbçiləri tərəfindən müzakirə olunur - Peskov

15:07 13.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dağlıq Qarabağda “İsgəndər-M” raketlərinin qalıqlarının aşkar edilməsi məsələsi Rusiya və Azərbaycan hərbçiləri arasında dialoq şəraitində müzakirə olunur.

Hafta.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu jurnalistlərlə söhbətində açıqlayıb.

D.Peskov deyib: “Hərbçilər fəal dialoq aparırlar, bu dialoq prosesində bütün müvafiq məsələlər müzakirə edilir”.